Azərbaycan da 2009-cu ildən fəaliyyətə başlayan LTSport şirkəti müasir idman qurğularının satışı ilə məşğul olur. Şirkətin əsas məqsədlərindən biri cəmiyyətimizin hər bir təbəqəsinə idmanla məşğul olmaq imkanı yaradaraq, onların sağlamlıq səviyyəsini artırmaqla yanaşı, həmçinin ətraf mühitin qorunmasını təmin etməkdir. Yalnız Türkiyədə deyil bütün dünyada keyfiyyətli məhsulları ilə tanınan bir neçə şirkətin avadanlıqlarını təqdim edirik. İdman qurğuları və avadanlıqlarının istehsalı və satışında uğurlara imza atan şirkət, ilk növbədə insanların kütləvi sağlamlığını təmin etməyi qarşısına məqsəd qoymuşdur. Bu baxımdan əzələləri inkişaf etdirmək üçün parklarda, istirahət ocaqlarında, sanatoriyalarda, yolların kənarlarında müxtəlif idman funksiyalarını yerinə yetirən avadanlıqların və qurğuların quraşdırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda idmanın sürətlə inkişaf etdiyi, idmanın insanların həyat tərzinə çevrildiyi, müasir standartlara cavab verən idman komplekslərinin inşa edildiyi və yol infrastrukturunun inkişaf etdiyi bir dövrdə bu, vacib amildir. Ölkədə idman sahəsində aparılan məqsədyönlü islahatlar, köklü dəyişiklilər şirkətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib.

        Qeyd edim ki, bizim işimiz birbaşa insanlarla, onların sağlamlığının möhkəmləndirilməsi, istirahətlərinin səmərəli keçməsinə yardım göstərməklə bağlıdır. Təmsilçisi olduğum şirkətlər də bu işdə fəallıq göstərərək, öz dəstək və köməyini əsirgəmir. Bu gün Azərbaycanın hər yerində sürətli inkişaf gedir və hər bir sahədə möhtəşəm quruculuq işləri aparılır. Bir-birindən gözəl göydələnlər tikilir, yeni parklar, istirahət zonaları salınır. Dövlətimizin qayğısı ilə yaradılan belə gözəl şəraitdə əhalinin kütləvi sağlamlığını təmin etmək üçün parklarda, istirahət mərkəzlərində, sağlamlıq ocaqlarında təklif etdiyimiz idman avadanlıqlarının və uşaq oyun meydançaların quraşdırılması bizi sevindirir.

       Çünki istehsal edilən avadanlıqlardan 7 yaşından 77-yə qədər hər bir kəs istifadə edə bilər. İstəyirik ki, yaşlılar və uşaqlar açıq havada quraşdırılmış idman avadanlıqlarında sərbəst şəkildə və heç bir vəsait ödəmədən məşğul ola bilsinlər. Bir sözlə, çalışırıq ki, yaşından asılı olmayaraq hər bir kəs idmanla sərbəst, heç bir maneə olmadan məşğul olsun və fiziki yorğunluğunu ata bilsinlər.

      Qeyd olunanlardan başqa, əlil uşaqlar üçün və sonradan xəstəlik keçirmiş insanlar üçün də idman qurğuları da var. Biz belə avadanlıqlardan Qəbələ şəhərindəki Qarabağ veteranları üçün yaşayış kompleksində, Bilgəh Kardioloji Sanatoriyası və Mərdəkən sanatoriyalarında, Ramanı qəsəbəsi istirahat parkı, Binəqədi rayonundakı parklarında və Samux rayonundakı Heydər Əliyev parkında quraşdırıb istifadəyə vermişik.


 

Rəylər


Rəylər


Bizim Komanda

Afət Rüstəmova

Məhəmməd Carullazadə

Ramin Dinikayev


  • facebook
  • instagram
  • youtube