Xaçmaz rayonunun Xudat şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan park yenidən qurulur. Ümumi sahəsi 2 hektaradək olan parkda əsaslı yenidənqurma və abadlıq işləri aparılır.

Parkda Nizami Gəncəvinin heykəli ucaldılacaq, ətrafı milli memarlıq üslubunda abadlaşdırılacaq.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev parkda həyata keçirilən yenidənqurma işləri ilə tanış olub, müvafiq tapşırıqlarını verib.

Parkda 2500 kvadratmetr əraziyə tamet döşənəcək, yaşıllıqlar və gül kolları salınacaq. İstirahət məkanında yeni oturacaqlar, fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılacaq. Parkda elektron kitabxana, müxtəlif idman qurğuları və uşaqların mənalı istirahəti üçün attraksionlar da mövcud olacaq.

İstinad: AZƏRTAC

2022-09-30


  • facebook
  • instagram
  • youtube